Kentukki ştatının senatoru Conni Törner boş hovuza yıxılaraq ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanalın məlumatına görə, hadisə Turner öz mülkündə ot biçən zaman baş verib.
Senator qazonbiçən maşınla birlikdə boş hovuza düşüb və xəsarət alıb.
Xəstəxanada həkimlər bir ay ərzində kişinin həyatı üçün mübarizə aparsalar da, 76 yaşlı kişini xilas edə bilməyiblər.