Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) seçki komitəsinin rəhbəri, keçmiş baş nazir Juniçiro Koizuminin oğlu Şinjiro Koizumi partiyanın parlamentin aşağı palatasına seçkilərdə uğursuzluğundan sonra istefa verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Qeyd olunur ki, bununla da kiçik Koizumi LDP-nin parlamentin əsas palatasına seçkilərdəki uğursuz iştırakına görə məsuliyyəti öz üzərinə götürüb.
Bir gün əvvəl səsvermənin nəticələrini şərh edən Koizumi partiyanın seçki komissiyasının rəhbəri kimi seçkinin nəticələrinə görə məsuliyyət daşıdığını da vurğulayıb.
Yaponiyada oktyabrın 27-də parlamentin aşağı palatasına seçkilər keçirilib, nəticədə yeni baş nazir Şiqeru İşiba və Komeito Partiyasının sədrlik etdiyi LDP-nin hakim koalisiyası çoxluğu itirib.
Hakim blok səs çoxluğu üçün tələb olunan 233 mandatdan cəmi 215-ni əldə edib.
Eyni zamanda, LDP özü də parlamentin əsas aşağı palatasında 67 mandatı itirərək cəmi 191 mandat əldə edib.
Eyni zamanda bütün müxalifət partiyaları parlamentdə ümumilikdə 250 yer qazanıb.