Livanın Səhiyyə Nazirliyi nəzdində Fövqəladə Əməliyyatlar Mərkəzi İsrailin şəhər və qəsəbələrə təşkil etdiyi hava hücumları zamanı bir gündə ölən və yaralananların sayı barədə məlumat verib.
Ucnoqta.az xəbər verir ki, X-də yerləşdirilən hesabatda hava zərbələri nəticəsində 19 nəfərin öldüyü, 108 nəfərin yaralandığı bildirilir.
Ən çox ölən və yaralananlar cənubun Sayda və Tire bölgələrində qeydə alınıb, burada 7 nəfər ölüb, 48 nəfər yaralanıb.
Nəbatiyyədə 10 nəfər həlak olub, daha 55 nəfər yaralı olaraq xəstəxanalara çatdırılıb.
Livanın şimal-şərqindəki Baalbek-Hermel əyalətində bombardman nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bundan əlavə, 2023-cü ilin oktyabrında bölgədə hərbi eskalasiya başlayandan bəri İsrailin hava hücumları və artilleriya hücumları nəticəsində itkilərə dair məlumatlar yenilənib.
Bununla da ölənlərin sayı 2672, yaralıların sayı 12468-ə çatıb.