"Mossad" rəhbəri Qəzza ilə bağlı danışıqlar üçün Qətərə gəlib

00:17 - 28 Oktyabr 2024 - DÜNYA

 İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barnea Qətərin baş naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə girovların azad edilməsi ilə bağlı danışıqların bərpası parametrlərini müzakirə edəcək Dohaya gəlib

Ucnoqta.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

Məlumata görə, görüşün məqsədi girovların azad edilməsi üzrə danışıqların daha da irəliləməsi üçün son təşəbbüslər üzrə ilkin dialoqdur.
 Ola bilsin ki, danışıqlar qrupları yaxın günlərdə Fələstinin HƏMAS radikal hərəkatının nümayəndələrinin iştirakı ilə görüşlər keçirsin.

Xəbər xətti