Gürcüstan Rusiya Federasiyası ilə diplomatik münasibətləri bərpa etməyi planlaşdırmır.
Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib. Baş nazir Tbilisi ilə Moskva arasında hazırda diplomatik əlaqənin olmadığını vurğulayıb.
Kobaxidzenin sözlərinə görə, Gürcüstan Rusiyanın ölkənin milli maraqlarını pozduğuna işarə edərək, əlaqələri bərpa etməyə tələsmək niyyətində deyil.
"Bağışlayın. Yox, yox, yox. Bununla bağlı heç bir plan yoxdur”, – Kobaxidze müsahibəsində deyib.