Kiyev Rusiyanın dərinliklərinə zərbə endirmək imkanına malik deyil - Putin

12:01 - 27 Oktyabr 2024 - DÜNYA

"Kiyevi dəstəkləyən NATO hərbçiləri Rusiya ərazisinin dərinliklərinə qədər uzaqmənzilli zərbələr endirmək üçün texniki imkanlara malikdir. Buna görə də alyans bu cür hücumlara icazəni Ukraynaya deyil, özünə verəcək".

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin müsahibəsində vurğulayıb.

Putin xatırladıb ki, Ukrayna qoşunları müstəqil şəkildə yüksək dəqiqlikli silahlardan istifadə edə bilməz.
 “Bunu yalnız NATO ölkələrinin mütəxəssisləri edə bilər, çünki bu, Ukraynada təbii olaraq olmayan kosmik kəşfiyyat tələb edir.
Biz bunu başa düşürük ki, bizə bu kəşfiyyat məlumatlarına əsaslanaraq uçuş missiyalarına daxil olacaq mütəxəssislər lazımdır. İndi baş verənləri NATO zabitləri edir. Ukrayna ordusu bunu təkbaşına edə bilməz”, - deyə Rusiya prezidenti yekunlaşdırıb.

Xəbər xətti