Gürcüstanda naməlum şəxslər "Vahid Milli Hərəkat"ın ofisinə basqın etdi

19:05 - 26 Oktyabr 2024 - DÜNYA

Naməlum şəxslər ən böyük müxalifət partiyası olan "Vahid Milli Hərəkat"ın Tbilisinin kənarındakı ofisinin həyətinə soxularaq orada siyasi birliyin üzvləri və tərəfdarları ilə davaya başlayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, insident gözlənilmədən baş verib. Maşınlardan ibarət kolon yol boyu qəfildən partiya ofisinə tərəf dönüb.
Maşından düşərək dəyənəklərlə silahlanmış bir neçə nəfər Milli Hərəkatın həyətinə soxulub.
Orada onları partiya üzvləri və tərəfdarları qarşılayıb, bundan sonra onlar arasında dava düşüb.

 Partiya nümayəndələri insidentə görə hakimiyyəti günahlandırır. Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası insidentlə bağlı rəsmi açıqlama verməyib.
Polis əməkdaşları hadisə yerindədir.

Xəbər xətti