Dubayda yerləşən büdcə aviaşirkəti Flydubai İsrailin İran ərazisinə hücumundan sonra İsrail, İordaniya, İraq və İrana uçuşları ləğv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a aviaşirkətin nümayəndəsi məlumat verib.
Bildirilir ki, “Flydubai"nin İordaniya, İran, İraq və İsrailə oktyabrın 26-na planlaşdırılan reysləri ləğv edilib və bəzi reyslər yönləndirilib. Aviaşirkət qeyd edir ki, regiondakı vəziyyəti yaxından izləməyə və uçuş cədvəlinə müvafiq dəyişikliklər etməyə davam ediləcək.