İran BMT Nizamnaməsinə əsaslanaraq özünü İsrailin İran ərazisinə hücumuna cavab verməyə borclu hesab edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“İran İslam Respublikasının Xarici İşlər Nazirliyi İsrailin İrandakı hərbi mərkəzlərə qarşı təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyir və bunu beynəlxalq hüquq və BMT Nizamnaməsinin digər ölkələrin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiqi, yəni təhdid və ya təhdiddən çəkinmə prinsipinin açıq şəkildə pozulması kimi qiymətləndirir”, - bəyanatda qeyd olunur.
Departament qeyd edib ki, ABŞ və Qərb ölkələrinin İsrailin “cinayətkar əməllərinə” dəstək verməsi Yaxın Şərqdə qeyri-sabitliyin səbəbidir.