Britaniya İranı İsrailə qarşı qisas almaqdan çəkinməyə çağırıb

11:51 - 26 Oktyabr 2024 - DÜNYA

 Böyük Britaniyanın baş naziri Keir Starmer İranı İsrailə qarşı qisas almaqdan çəkinməyə çağırıb.

Ucnoqta.az xəbər verir ki, Britaniya hökumətinin başçısı mətbuat konfransında bildirib.

“Mənə aydındır ki, İsrailin İranın təcavüzünə qarşı özünü müdafiə etmək hüququ var. Mənə də aydındır ki, biz regional eskalasiyadan qaçmalıyıq və mən bütün tərəfləri təmkinli olmağa çağırıram. İran cavab verməməlidir”, - baş nazir deyib.

Xəbər xətti