Moldova Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 20-də keçirilən və iştirakçıların əksəriyyətinin Aİ-yə üzvlüyün lehinə olduğu referendumun nəticələrini təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə qərar MSK-nın mətbuat xidmətinin yaydığı iclasda qəbul edilib.
Bildirilir ki, Konstitusiya referendumunda 749 719 seçici lehinə, 739 155 nəfər əleyhinə səs verib.
Ümumilikdə 1 milyon 488 min 874 bülleten etibarlı sayılıb.
Qətnamə təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndəriləcək.