Ermənistan Bakıdan COP29 konfransında iştirak etmək üçün dəvət alıb

16:13 - 25 Oktyabr 2024 - DÜNYA

Ermənistan Bakıdan COP29 konfransında iştirak etmək üçün dəvət alıb, bu dəvət Ermənistanın xarici işlər nazirinin adına alınıb

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib.

Onun sözlərinə görə, hazırda Ermənistanın COP29 konfransında iştirakı məsələsi hökumət tərəfindən müzakirə olunur.

“Bu məsələ həm sülhün bərqərar olması, həm humanitar məsələlərin həlli baxımından, həm də bu tədbirin gündəliyi ilə bağlı bir neçə aspektdə müzakirə olunur.
 Bilirsinizmi ki, bu, iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş ən nüfuzlu beynəlxalq tədbirdir? Qeyd etdiyim bütün bu halları nəzərə alaraq, yaxın gələcəkdə Ermənistanın hansı səviyyədə təmsil olunacağı ilə bağlı qərar qəbul edəcəyik”, - deyə xarici işlər nazirinin müavini bildirib.

Xəbər xətti