Yaponiyanın zədələnmiş “Fukusima-1” atom elektrik stansiyasının kameralarındakı nasazlıqlara görə dayandırılmış ikinci enerji blokundan ərimiş nüvə yanacağının çıxarılması əməliyyatı oktyabrın 28-də bərpa olunacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Xatırladaq ki, ərinmiş yanacaq və konstruksiya dağıntılarının qarışığı olan dağıntıların çıxarılması işlərinə qəzadan sonra ilk dəfə sentyabrın 10-da başlanılıb.
Onların buraxılışı avqustun 22-nə planlaşdırılırdı, lakin səhvə görə təxirə salınmışdı.