Hindistan və Çin Şərqi Ladaxın Faktiki Nəzarət Xəttində Depsang və Demçok bölgələrindəki qoşunlarını qarşılıqlı şəkildə geri çəkməyə başlayıblar.
Ucnoqta.az xəbər verir ki, “The Times of India”nın mənbələrə istinadən verdiyi məlumata görə, Hindistan və Çin hərbçiləri bu ərazilərdə 2020-ci ilin mayında sərhəd münaqişəsindən sonra ucaldılmış müvəqqəti postları və tikililəri sökürlər.
Depsang və Demçok bölgələrində bu strukturların sökülməsi və qoşunların çıxarılması prosesi iki həftə çəkəcək.
Oktyabrın 21-də Hindistan və Çin Xarici İşlər Nazirlikləri Şərqi Ladaxdakı LFC boyunca patrul xidməti haqqında razılıq əldə olunduğunu elan etdilər və bu da qoşunların çıxarılmasına və 2020-ci ildə sərhəd münaqişəsi nəticəsində yaranan problemlərin həllinə gətirib çıxaracaq.