Mask birinci, Ceff ikinci, Mark üçüncü oldu - Ən varlı amerikalılar

10:56 - 25 Oktyabr 2024 - DÜNYA

İlon Maskın sərvəti Tesla avtomobil şirkətinin səhmlərinin dəyərinin 22% artması səbəbindən dərhal 33,5 milyard dollar artaraq 270,3 milyard dollara çatıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, buna avtomobil istehsalçısının 2023-cü ilin yayından bəri əldə etdiyi ən böyük rüblük mənfəəti, həmçinin 2025-ci ildə avtomobil satışlarının 30% artacağı proqnozu səbəb olub.

Forbes jurnalının ən varlı amerikalılar siyahısına ardıcıl üçüncü il başçılıq edən 53 yaşlı Mask indi reytinqdə ikinci olan "Amazon"un qurucusu Ceff Bezosu 61 milyard dollar qabaqlayır.

Üçüncü yerdə 181 milyard dollar sərvəti ilə “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq qərarlaşıb.

Xəbər xətti