İstanbul polisi Türkiyədə qadağan edilmiş və tanınmış terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) 35 tərəfdarını küçə etirazları hazırlamaqda, o cümlədən yandırıcı qarışıqlardan istifadə etməkdə şübhəli bilinərək saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.
Həbslər İstanbul prokurorluğunun 44 PKK tərəfdarı barəsində apardığı istintaq çərçivəsində həyata keçirilib.
Oktyabrın 23-də terrorçular Ankarada “Tusaş” aerokosmik korporasiyasının müəssisələrindən birinə hücum ediblər. Nəticədə 5 nəfər ölüb, 22 nəfər yaralanıb.