Hindistanın şərq sahillərinə doğru güclü külək yaxınlaşır

07:49 - 25 Oktyabr 2024 - DÜNYA

Sürəti 120 km/saat olan külək və güclü leysan Dana siklonunu Hindistanın şərq sahillərinə gətirib.

Ucnoqta.az-ın məlumatına görə, TASS bu barədə Hindistan Meteorologiya Departamentinə istinadən xəbər verir.

"Güclü siklonik Dana qasırğası şimal-şimal-qərb istiqamətində hərəkət edir və bu gün, oktyabrın 25-də saat 01:30-03:30 radələrində Habalihati Vəhşi Təbiət Qoruğu və Dhamara şəhəri ərazisində Odişa sahil xəttini keçib."
 -departamentdən bildirilib.

Əhalisinin sıx məskunlaşdığı Qərbi Benqal əyaləti ilk növbədə təhlükə altındadır, lakin quruya gəldikdən sonra Dana tədricən gücünü itirməyə başladı.

Xəbər xətti