Amerika hərbi kontingentinin Cənubi Koreyanın Busan şəhərindəki hərbi anbarında yanğın baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Bu anbar adətən Busan limanından daşınan avadanlıqları saxlayır. Yanğının söndürülməsinə 160-dan çox yanğınsöndürən və 51 texnika cəlb olunub.
Xəsarət alanlar barədə məlumat verilməyib.