Xəbər verdiyimiz kimi, Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilir. İclasda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak edir.
Ucnoqta.az xəbər verir ki, iclasda Paşinyanın hərəkətləri erməni sosial şəbəkə istifadəçilərini qəzəbləndirib. Belə ki, Rusiya prezidenti Vladimir Putinin çıxışı zamanı Paşinyan Azərbaycan prezidenti ilə danışmağa cəhd edir. Ermənilər Paşinyanın bu hərəkətini Putinə hörmətsizlik adlandırıblar. İlham Əliyevin qəzəbli baxışlarla ona məhəl qoymaması da diqqət çəkir. Hətta bəziləri baş naziri "Çoban Paşinyan" adlandırıb.