Əməkdar artist Mətanət İsgəndərli gözəllik xatirinə bıçaq altına yatacaq.
Lent.az xəbər verir ki, bu barədə müğənni özü qatıldığı verilişlərdən birində məlumat verib.
“Əməliyyata gedəcəyəm. Bədənşəkilləndirmə və üzgərmə etdirəcəyəm. Deyəcəyəm ki, mənim Mətanət simam, təbii görünüşüm dəyişməsin. Zarafat deyil, 40 kiloqram çəki atdım. 45 idi, amma 5 kiloqramı yenidən aldım. Mədəkiçiltmədə çəki qəfildən düşür, sonra bədən başlayır çəki yığmağa. Bu, məni narahat etmir” deyə müğənni bildirib.