Aİ Şimali Makedoniyaya 750 milyon avro ayıracaq

14:46 - 24 Oktyabr 2024 - DÜNYA

Avropa İttifaqı Şimali Makedoniyaya ölkədə iqtisadi islahatların aparılması üçün 750 milyon avro ayıracaq.

Ucnoqta.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Şimali Makedoniyaya səfəri zamanı AK mətbuat xidmətinin yayımladığı mətbuat konfransında deyib.

“Şimali Makedoniya iqtisadi artım planının bir hissəsi olaraq islahat proqramı ilə əla iş görüb. Ölkəniz ilin sonuna qədər ilk ödənişdən başlayaraq 750 milyon avro əlavə Aİ sərmayəsi alacaq” - Aİ rəhbəri qeyd edib.

Xəbər xətti