"Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib, onun ərazisində Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarının bütün seqmentləri uğurla fəaliyyət göstərir".
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bunu Kazanda “Uutreach”/“BRICS plus” formatında keçirilən görüşdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Coğrafi mövqeyindən istifadə edərək və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri ərazimizdən keçir. Bu nəqliyyat marşrutlarının bütün seqmentləri Azərbaycan ərazisində uğurla fəaliyyət göstərir” - preizdent vurğulayıb.