Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Aerokosmik Sənayesinə (TUSAŞ) hücumu pisləyib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hücum zamanı həyatını itirənlərə rəhmət, yaralıların isə tezliklə sağalmasını diləyib.
Ərdoğan hücum zamanı 4 nəfərin öldürüldüyünü bildirib.
Rusiya prezidenti Vladimir Putin də həmkarı R. T. Ərdoğanla görüşündə terror aktını pisləyərək başsağlığı verib.