Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və polisin birgə əməliyyatı ilə terror təşkilatı PKK/KCK-nın Rusiya strukturunda fəaliyyət göstərən terrorçu Barı İusubov ələ keçirilib.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İusubovun Rusiya, Qazaxıstan və Ermənistanda terror təşkilatı PKK/KCK adından təbliğat işlərində iştirak etdiyi, həmçinin təşkilatın İraqdakı Mahmur düşərgəsində olduğu müəyyən edilib.
2020-ci ildən MİT-in nəzarətində olan Barı İusubov Türkiyədə MİT və polisin birgə əməliyyatı nəticəsində yaxalanıb.
İusubovun qurumun yüksək rütbəli üzvləri ilə sıx əlaqədə olduğu və aksiyalarda iştirak etdiyi müəyyən edilib.
İusubov həbsxanaya göndərilib.