Sosial müavinətlərin ödəniləcəyi tarix AÇIQLANDI

10:31 - 23 Oktyabr 2024 - Cəmiyyət

Müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödəniləcəyi tarix açıqlanıb.

Bu barədə Ucnoqta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Xəbər xətti