İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrində əhalinin məskunlaşdığı ərazilərə zərbələr endirməkdə davam edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, gecə boyu İsrail artilleriyası Fələstin anklavının şimalındakı Cəbəliyyə və Beyt Lahiya şəhərlərində yaşayış məntəqələrini, həmçinin Qəzzanın cənubundakı Rəfahın şimal-qərb ərazilərini atəşə tutub.