ABŞ administrasiyası gələn həftə Rusiya ilə bağlı sanksiyaları sərtləşdirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.
Yellen bildirib ki, Rusiyanın sanksiyalardan yayınması ilə mübarizəmizi davam etdirilir və gələn həftə yeni sərt sanksiyalar tətbiq ediləcək.
Yellen əlavə edib ki, sanksiyalar Rusiyanı silahlı qüvvələri üçün kritik materiallarla təchiz etdiyi iddia edilən üçüncü ölkələrə də şamil ediləcək.
Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, Rusiyaya ixracı qadağan olunan malların gətirilməsi Ermənistan üzərindən həyata keçirilir. Ukrayna ilə müahribə başlayandan sonra Rusiya və Ermənistan arasında ticarət əlaqələri dəfələrlə artıb. Belə ki, bu ölkədən Rusiyaya ixrac 3 dəfə artaraq 1,7 milyard dollara çatıb. Ermənistan statistikasında Rusiyaya hansı məhsulların ixrac olunduğu göstərilməsə də ixracın məhsullar üzrə təsnifatı söhbətin hansı təyinatlı məhsullardan getdiyini deməyə əsas verir.
Bu səbəbdən Ermənistanın ABŞ sanksiyaları altına düşməsi ehtimalı daha artır.