Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Poznandakı Baş Konsulluğunu bağlamaq qərarına gəlib və onun əməkdaşları ölkədən çıxarılacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə XİN rəhbəri Radoslav Sikorski məlumat verib.
“Bununla əlaqədar mən Rusiyanın Poznandakı konsulluğunun fəaliyyətinə icazəni ləğv etmək qərarına gəldim. Onun şəxsi heyətinin Polşa Respublikası ərazisində olması arzuolunmaz sayılacaq”, - o, TVP İnfo-nun yayımladığı brifinqdə bildirib.