İraqın baş naziri Məhəmməd əl-Sudani ölkənin şimal-şərqində İŞİD-in yüksək səviyyəli səhra komandirinin səkkiz digər yaraqlı ilə birlikdə öldürüldüyünü açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə açıqlama əl-Sudaninin X-dəki rəsmi səhifəsində yerləşdirilib.
Əl Sudani qeyd edib ki, həmrin bölgəsindəki əməliyyat zamanı biz əvvəllər özünü “İraqın hökmdarı” elan edən İŞİD yaraqlısını və onunla birlikdə daha səkkiz nüfuzlu səhra komandirini məhv etdik.
O, İraq hakimiyyətinin terrorçuları təqib etməyə və bütün İraqdan təmizlənənə qədər onları məhv etməyə davam edəcəklərini qeyd edib.