Avropa Parlamenti (AP) Strasburqda keçirilən plenar iclasda Avropa Komissiyasının (AK) Kiyevə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən geri qaytarılmaqla 35 milyard avro məbləğində kredit ayırması üçün təklif etdiyi mexanizmi təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, iclas Avropa Parlamentinin saytında yayımlanıb. Bildirilir ki, 518 avropalı deputat lehinə, 56 parlamentari əleyhinə səs verib, daha 61 deputat bitərəf qalıb.
Avropa Parlamenti tərəfindən təsdiqləndikdən sonra Ukraynaya 35 milyard avro ayrılması məsələsinə Aİ Şurası baxmalıdır və bunun bu həftənin sonuna qədər baş verməsi gözlənilir.