Ukrayna ordusunun itkiləri açıqlanıb

14:19 - 22 Oktyabr 2024 - DÜNYA

Rusiyanın hava hücumundan müdafiə sistemləri bir gündə Ukrayna Silahlı Qüvvələrinin 77 təyyarə tipli pilotsuz uçuş aparatını vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Hava hücumundan müdafiə sistemləri Fransa istehsalı olan “Hammer” idarə olunan bombanı, ABŞ istehsalı olan dörd HIMARS raketini və 77 təyyarə tipli pilotsuz uçuş aparatını vurub.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 646 təyyarə, 283 helikopter, 34 095 pilotsuz uçuş aparatı, 583 zenit-raket kompleksi, 18 753 tank və digər zirehli döyüş texnikası, 1 478 reaktiv yaylım atəşi sistemli döyüş maşını , 16 530 səhra artilleriya qurğusu və minaatan, 27 468 ədəd xüsusi təyinatlı hərbi maşın sıradan çıxarılıb.

Xəbər xətti