Blinken İsrailə gəldi

11:44 - 22 Oktyabr 2024 - DÜNYA

ABŞ dövlət katibi Antoni Blinken 2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının İsrail yaşayış məntəqələrinə hücumundan sonra bölgədəki vəziyyətin pisləşməsindən sonra Yaxın Şərqə 11-ci səfərinə başladığı İsrailə gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

Məlumata görə, Blinkenin İsraildə baş nazir Benyamin Netanyahu və prezident İsaak Hersoqla görüşü nəzərdə tutulub.

Xəbər xətti