Avstraliyanın cənub-şərqində yüngül motorlu təyyarənin qəzaya uğraması nəticəsində pilot həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Viktoriya ştatının polisi məlumat yayıb.
Məlumata görə, tək mühərrikli, iki nəfərlik Cessna 150L təyyarəsinin mühərriki havaya qalxdıqdan dərhal sonra dayanıb bundan sonra təyyarə yerə yerə çırpılıb.
Şəxsiyyəti hələ müəyyən edilməyən pilot hadisə yerində ölüb.
Qəza ilə bağlı araşdırmalara başlanıb.