Böyük Britaniya Ukraynaya 2,9 milyard dollar kredit verəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, kredit Rusiya Federasiyasının dondurulmuş aktivlərinin təkrar investisiyasından əldə edilən gəlirdən istifadə etməklə ödəniləcək.
Ukrayna bu vəsaiti hava hücumundan müdafiə sistemləri, artilleriya və digər növ texnika və silahların alınması və inkişafı üçün istifadə edə biləcək.
Qeyd olunur ki, ayrılan vəsait “Böyük yeddilik” liderlərinin iyunun ortalarında Ukraynaya verməyi vəd etdikləri 50 milyard dollarlıq kreditin bir hissəsidir.