Ebeko vulkanı 1,8 km hündürlüyə kül atıb

09:03 - 22 Oktyabr 2024 - DÜNYA

Çərşənbə axşamı vulkanoloqlar Böyük Kuril silsiləsində (Saxalin bölgəsi) Paramuşir adasının şimalında yerləşən Ebeko vulkanında 1,8 km hündürlükdə kül emissiyasını qeydə alıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Vulkanın hündürlüyü 1156 m-dir, aviasiya təhlükəsi üçün narıncı rəng kodu müəyyən edilib.
Bu o deməkdir ki, vulkan yüksək püskürmə ehtimalı ilə artan aktivlik nümayiş etdirir.

Xəbər xətti