Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın elan etdiyi FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ABŞ-da öldüyünü təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, o, Ankarada ukraynalı həmkarı Andrey Sibiqa ilə danışıqlardan sonra deyib: “Kəşfiyyat orqanlarındakı mənbələrimiz bu məlumatı təsdiqləyir.
"Bu qaranlıq təşkilatın lideri öldü. Terrorla mübarizədə qətiyyət nümayiş etdirməyə davam edəcəyik. Bu xəbər bizi zəiflətməyəcək və arxayınlığa səbəb olmayacaq", - deyə Fidan bildirib.
“Təhlükəsizlik orqanları bu insanlardan insani dəyərlərə qarşı silah kimi istifadə edirlər. Mən onları bu xəyanətdən əl çəkməyə çağırıram, bu yolun sonu pisdir”, - deyə Türkiyənin Milli Kəşfiyyat Təşkilatına uzun illər rəhbərlik edən Fidan bildirib.