İran rəsmi olaraq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (AEBA) və BMT Təhlükəsizlik Şurasına İranın nüvə obyektlərinə İsraildən gələn təhdidlərlə bağlı şikayət edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai mətbuat konfransı zamanı bildirib.
“İran bu təhdidləri beynəlxalq ictimaiyyətin təhlükəsizliyinə təhdid kimi qiymətləndirir və bununla bağlı AEBA-ya və BMT Təhlükəsizlik Şurasına yazılı etiraz göndərib”- Baqai deyib.