Qırğızıstan və Tacikistan sərhədi yaxınlığında 4,7 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyasının Qırğızıstan Seysmologiya İnstitutunun rəsmi saytında məlumat verilib.
Zəlzələnin episentri Qırğızıstan və Tacikistan sərhəddində, Trans-Alay silsiləsi dağlarında - Nura (Qırğızıstan) kəndindən 29 km cənub-qərbdə və İrkeştam kəndindən (Qırğızıstan) 35 km cənub-qərbdə yerləşib.
Zəlzələ Qırğızıstan ərazisində hiss olunub. Onun mənbəyi 17 km dərinlikdə olub.
İlkin məlumata görə, təbii fəlakət nəticəsində insan tələfatı və dağıntı yoxdur.///tass