Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağrıldı

10:54 - 21 Oktyabr 2024 - DÜNYA

Cənubi Koreya Xarici İşlər Nazirliyi Şimali Koreya qoşunlarının Rusiya Federasiyasına köçürülməsi ilə bağlı Rusiya səfirini çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Məlumata görə, Cənubi Koreya Xarici İşlər Nazirliyi Rusiyanın Seuldakı səfiri Georgi Zinovyevi Şimali Koreya qoşunlarının Rusiyaya yeridilməsi ilə bağlı ortaya çıxan məlumatlarla əlaqədar çağırıb.

Koreya Respublikası xarici işlər nazirinin birinci müavini Kim Honq Kyun Zinovyevlə görüşü zamanı Şimali Koreya qoşunlarının Rusiya ərazisinə hərəkəti ilə bağlı yayılan şayiələrlə bağlı Cənubi Koreya hökumətinin mövqeyini açıqlayıb.

Rusiya səfiri nəşrə Cənubi Koreyanın xarici işlər nazirinin müavini ilə görüşdüyünü təsdiqləyib, lakin əlavə suallara cavab verməkdən imtina edib.

Xəbər xətti