Azərbaycanın FIFA referisi növbəti təyinat alıb

10:28 - 21 Oktyabr 2024 - İDMAN

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Ucnoqta.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 10-cu qrupunun oyunlarında hakimlər briqadasında yer alacaq.

Kamal Umudlu oktyabrın 23-də İsveçrə – Moldova matçında dördüncü, oktyabrın 26-da İsveçrə – Monteneqro və oktyabrın 29-da Moldova – Monteneqro görüşlərində baş hakim olacaq.

Vüsal Məmmədov isə həmin qarşılaşmalarda köməkçi hakim funksiyasını yerinə yetirəcək.

Xəbər xətti