İsrail Livanla sərhəddə təlimlər keçirəcək

08:32 - 21 Oktyabr 2024 - DÜNYA

İsrail Müdafiə Qüvvələri bazar ertəsi Livanla sərhəddə yerləşən Nəhariyyə şəhərində təlimlər keçirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Təlim səhər saatlarında baş tutacağı üçün sakinlərdən hərbi texnikanın irimiqyaslı hərəkətlərini müşahidə edərkən sakit olmaları xahiş olunur.
Qeyd olunur ki, silahlı qüvvələr manevrlərin planlaşdırıldığını bildirməyib, ona görə də bu, Livanın cənubundakı hərbi əməliyyat və "Hizbullah" hərəkatının bu yaxınlarda şəhəri atəşə tutması ilə bağlı ola bilər.

Xəbər xətti