Koreya Respublikası və Qətər silahlı qüvvələri bu ərəb dövlətinin ərazisində birgə canlı atəşli təlimlər keçirir.
Ucnoqta.az xəbər verir kiŞ bu barədə Yonhap agentliyi Cənubi Koreyalı hərbçiyə istinadən məlumat yayıb.
Bildirilir ki, 100 Cənubi Koreya əsgəri, 4 K2 tankı və 4 K9A1 "Thunder" özüyeriyən silahı desant gəmisi ilə Qətərə gəlib.
Bu, tanklardan və özüyeriyən artilleriyadan istifadə etməklə, Koreya Respublikasının quru qoşunları üçün ilk xaricdə keçirilən təlimdir.
Qətər tərəfi “Leopard 2A7” tankları və “Panzerhaubitze 2000” özüyeriyən silahlarda iştirak edib.