ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, Oskar qasırğası zəifləyərək tropik fırtınaya çevrilib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, "Oskar" daxilində küləyin sürəti 30 m/s-dir.
Cənub-qərb istiqamətində 9 km/saat sürətlə hərəkət edir.
Qasırğa hazırda Kubanın şərqindən keçir. Bununla bağlı daşqın və sürüşmələr gözlənilir.