Oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində Braziliya nümayəndə heyətinə xarici işlər naziri Mauro Vieyra rəhbərlik edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb. Belə ki, ölkə prezidenti Luiz İnasio Lula da Silva səhhəti ilə bağlı səfəri ləğv edib.
Məlumata görə, nazir Mauro Vieira Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək Braziliya nümayəndə heyətinin rəhbəri təyin edilib.
Bundan əvvəl Braziliya prezident administrasiyası Lula da Silvanın səhhətinə görə sammitə gedə bilməyəcəyini və videokonfrans vasitəsilə sammitdə iştirak edəcəyini bildirmişdi.