Müdafiə Nazirliyi məlumat yaydı: Oktyabrın 21-dən ...

16:20 - 20 Oktyabr 2024 - Xəbər

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüș sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, döyüş sursatlarının məhv edilməsi prosesi 21.10.2024-cü il tarixdən 25.10.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Xəbər xətti