İsrail təyyarələri Qəzza və Livana 175 zərbə endirib

09:38 - 20 Oktyabr 2024 - DÜNYA

İsrail ordusu son 24 saat ərzində Qəzza zolağı və Livanda Fələstinin radikal HƏMAS hərəkatı və Livanda "Hizbullah" ilə əlaqəli 175 hədəfə zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, zərbələr HƏMAS və "Hizbullah"ın silah anbarlarına, atış yerlərinə endirilib.

Həmçinin, İsrail hərbçiləri Fələstin anklavının şimal, cənub və mərkəzi hissələrində əməliyyatları davam etdirir.

Xəbər xətti