Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında tuneldə tüstülənmə başa verib.
Ucnoqta.az xəbər verir ki, nəticədə qatarların hərəkəti 25 dəqiqə gecikib.
Metropolitenin normativ tələblərinə uyğun olaraq dərhal yüksək gərginlik çıxarılıb. “Nizami”stansiyası sərnişinlərin girişi üçün bağlanılıb. İşıqlanma kabelində tüstülənmənin qarşısı alınıb. Hərəkətin təhlükəsizliyi ilə bağlı hər hansı bir neqativ hal yaranmayıb. Qatarların hərəkəti 25 dəqiqə sonra bərpa edilib. ///yenisabah