Danimarka Ukraynaya 350 milyon dollarlıq hərbi yardım paketi verəcək
Ucnoqta.az-ın məlumatına görə, Krallığın Müdafiə Nazirliyinin press-relizində bildirilir ki, bu, Ukraynaya 21-ci yardım paketi olacaq.
Bu vəsaitin silah və texnikanın alınması üçün nəzərdə tutulduğu bildirilir.
Bundan əlavə, yardım paketinə yüksək prioritet avadanlıqların verilməsi üçün beynəlxalq tərəfdaşlarla bir sıra sazişlər də daxildir.