Danimarka Ukraynaya 350 milyon dollarlıq hərbi yardım edəcək

17:06 - 18 Oktyabr 2024 - DÜNYA

Danimarka Ukraynaya 350 milyon dollarlıq hərbi yardım paketi verəcək

Ucnoqta.az-ın məlumatına görə, Krallığın Müdafiə Nazirliyinin press-relizində bildirilir ki, bu, Ukraynaya 21-ci yardım paketi olacaq.

Bu vəsaitin silah və texnikanın alınması üçün nəzərdə tutulduğu bildirilir.
Bundan əlavə, yardım paketinə yüksək prioritet avadanlıqların verilməsi üçün beynəlxalq tərəfdaşlarla bir sıra sazişlər də daxildir.

Xəbər xətti