Bakı əhalisinin 20 faizinin ictimai nəqliyyata əlçatanlığı yoxdur - RƏSMİ

16:46 - 18 Oktyabr 2024 - Xəbər

Bakıda ictimai nəqliyyata əlçatanlıq təxminən 80% -dir.

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov bu gün keçirilən ictimai dinləmədə deyib.

“Bu o deməkdir ki, paytaxtda əhalinin 20%-nin ictimai nəqliyyata əlçatanlığı yoxdur. Hazırda Bakıda yeni avtobus şəbəkəsi hazırlayırıq. Bu şəbəkə ilə ictimai nəqliyyata əlçatanlığın 93 %-in üstünə çıxarılması planlaşdırır”, - deyə T.Səfərov əlavə edib.

Xəbər xətti